03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Amerikadan Avropaya ultimatum

03.06.2019

ABŞ Avropa İttifaqının (Aİ) müdafiə siyasətinin ölkənin maraqları ilə əlaqəsini saxlamaq üçün İttifaqa ultimatum verib.
Lenta.ru xəbər verir ki, ABŞ Avropanın müdafiə siyasətinin dəyişməsini tələb edir.
Belə ki, Birləşmiş Ştatlar öz şirkətlərinin Avropanın hərbi layihələrində iştirak etməsini istəyir. Amerikalıların fikrincə, mövcud normalar bunun qarşısını alacaq.
Lakin Aİ ABŞ-ın tələbi ilə razı deyil. "El Pais” yazır ki, İttifaq "hərbi materialların ixracı üzrə ABŞ normativlərinin tələsi”nə düşməkdən çəkinir. Buna cavab olaraq Donald Tramp administrasiyasından bildiriblər ki, əgər tərəflərin hərbi sənayeləri birgə işləyə bilməsə, onda zəruri məqamda müttəfiqlərdən kömək gəlməyə bilər və Avropa özünü təkbaşına müdafiə etməli olacaq.
Qeyd edək ki, fikir ayrılığı gələcək Avropa Müdafiə Fondunun normativləri və "Hərbi tərəfdaşlığın daimi strukturlaşdırılması” (PESCO) hərbi proqramı üzrə layihələrlə bağlı yaranıb. Proqram təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlığa hesablanıb.
Bizimlə əlaqə saxlayın