Bombardmançılar havaya qalxdı - İRANDA
03.06.2019
ABŞ-ın İrana qarşı Yaxın Şərqə göndərdiyi "USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə nüvə potensiallı 4 ədəd B-52 bombardmançı təyyarələri Bəsrə körfəzində təlimlər keçirib.
bu barədə "Associated Press” informasiya yayıb.
Məlumata görə, hava hücumu simulyasiyalı təlimlərdə "F/A-18 Super Hornet” tipli döyüş təyyarələri, "MH-60 Sea Hawk” helikopterləri və uçuş nəzarət aparatları iştirak edib.
Qeyd edək ki, ABŞ donanmasının sözügedən qüvvələri mayın əvvəllərində körfəzə göndərilib. Bunun ardınca isə "Petriot” hava hücumundan müdafiə sistemləri və "USS Arlington” hərbi nəqliyyat gəmisi də bölgəyə yollanıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu addımın İranın ABŞ qüvvələrinə və maraqlarına qarşı hər hansı hücumun qarşısını almaq məqsədilə atıldığını açıqlayıb.