21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hansı rəng iştahı açır? - Rənglərin təsirləri

02.06.2019

 Alimlər illər boyu rənglərin əhval-ruhiyyəyə, sağlamlığa və düçüncələrə olan təsirini araşdırıb. Bir rəngi digərindən daha çox sevməyimizə səbəb o rəngin bizdə gözəl hislər yaratmasından irəli gəlir.
Hər bir rəngin insan psixologiyasına və sağlamlığına təsiri fərqlidir.

Qırmızı - güclü emosiyalar yaradır. Onu sevib, sevməmək olar, lakin laqeyd qalmaq mümkün deyil. Qırmızı rəng orqanzmə stimullaşdırıcı təsir göstərir. O, bədəni canlandırıb qızışdıraraq, ürək yığılmasının tezliyini artırır, nəfəsi dərinləşdirir, əzələ tonusunu artırır, qan dövranına və adrenalinin ifrazına təsir göstərir. Bununla bərabər, maddələr mübadiləsini tezləşdirir. Lakin nəzərinizdə olsun ki, qırmızı rəng qan təzyiqini artıraraq, bəzi hallarda başağrısı verə bilir. Əgər sizdə hipertoniya xəstəliyi, emosionallıq və koordinasiya pozuntuları varsa, o halda qırmızı rəngdən istifadə məsləhət görülmür.

Çəhrayı - tam əksinə, sakitləşdirici effekt göstərir. Bu səbəbdən bir çox xəstəxanaların palata divarlarında bu rəngdən istifadə olunur.

Narıncı - iştahaya ən yaxşı təsir göstərın rəngdir. O, mədəaltı vəz və dalağı möhkəmləndirir, həzm və ürəyin işini stimullaşdırır. Bu rəng zehni xüsusiyyətlər və fiziki enerjini möhkəmləndirən və birləşdirən stimulyator olub, immun sistemə yaxşı təsir göstərir.

Sarı - günəş rəngi olaraq, əhvalı yüksəldib, qorxudan azad edir. Sarı rəng əsasən psixoloji prosessləri stimullaşdırır. Düşüncə və yaddaşın artırılması, konsentrasiyanın güclənməsinə təsir edir. Tənəffüs orqanlarına təsir edərək sinir sistemini yaxşılaşdırır. Nevrozun müalicəsinə kömək edir.

Yaşıl - sağlamlıq rəngi sayılır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Əsəbi, gərgin, miqren, depressiya hallarının müalicəsində effektiv sayılır. Bu rəng əsasən vanna və yataq otaqlarında sakitlik və yuxusuzluğa kömək etdiyi üçün istifadə olunur. Açıq yaşıl rəng kapilyarları genişləndirərək, təzyiqi azaldır.

Mavi - rahatlıq rəngi sayılaraq, psixoloji effekt sayəsində ürək ritmi və nəfəsi sakitləşdirərək, zehni fəaliyyəti gücləndirir. Tünd mavi rəng hipofizə təsir edir, o isə öz növbəsində yuxunu nizamlayır. Araşdırmaların nəticələrinə görə, mavi rəng məktəb otaqlarında istifadə olunduqda aqressiv uşaqlara sakitləşdirici təsir göstərir. Həmçinin bu rəng yuxusuzluq probleminin müalicəsində istifadə olunur.

Bənövşəyi - qırmızı və mavi rəngi özündə birləşdirir. Müəmmalı olan bu rəng özündə iki əks rəngin və həmçinin əks xüsusiyyətlər sayılan sakitlik və hərəkəti, yaxınlıq və uzaqlığı, soyuq və istini birləşdirir. Bu rəng təbiətdə çox az təsadüf edilir. Qırmızı və mavi rəngin ahəngi orqanizmin detoksikasiyasına (toksik maddələrin fiziki, kimyəvi və ya bioloji yolla zərərsizləşdirilməsi) kömək edir. İştahanı azaldır və maddələr mübadiləsini tənzimləyir, həmçinin təmizləyici və antiseptik təsir göstərir. Arıqlamaq istəyənlər üçün ideal rəngdir.