İsrail ordusu Suriyanı VURDU
02.06.2019
İsrail ordusu Əsəd rejiminə məxsus bir sıra hərbi obyektlərə zərbələr endirib.
Bu barədə İsrail ordusu informasiya yayıb.
Məlumata görə, İsrail ordusu Suriya istiqamətindən edilmiş raket hücuma cavab olaraq aviasiya vasitələri ilə hücuma keçib. Hücum nəticəsində 3 əsgər ölüb, 7-si yaralanıb. Hədəf kimi 2 artilleriya batareyası, bəzi nəzarət və kəşfiyyat bazaları vurulub.