Türkiyədən “Süleyman Şah” HƏMLƏSİ - Yeni əməliyyatın DETALLARI
02.04.2018
Süleyman Şah Türbəsi öz əvvəlki yerinə köçürüləcək.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyənin Baş nazirinin müavini Fikri İşık "TRT Haber” telekanalının canlı yayımında deyib.
"Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, – o bildirib.
Türkiyədən "Süleyman Şah” HƏMLƏSİ – Düşməni şoka salacaq əməliyyatın DETALLARI
Qeyd edək ki, daha əvvəl "Milliyyət” nəşrinin yazarı Tunca Bengin "Süleyman Şahın həmləsinin zamanıdır” başlıqlı yazısında Süleyman Şah Türbəsinin əvvəlki yerinə köçürülməsinin əhəmiyyətini vurğulamışdı.
"Türkiyə Tel Abyaddan Münbiçə doğru geniş bir dəhliz açacaq. Afrində olduğu kimi, Münbiçə sərhəddən – şimaldan daxil olmayacaq. Geniş təhlükəsizlik dəhlizi ilə həm Fəratın şərqi, həm də Münbiçi nəzarət altına alaraq bir daşla iki quşu vuracaq. Bu dəhlizin açılmasının səbəbi də Süleyman Şah Türbəsinin əvvəlki yerinə yerləşdirilməsi göstəriləcək. Çünki o bölgə Münbiçin şərqində – Fəratın sahilində yerləşir. Türbə orada yerləşdirildikdən sonra, Türkiyə Silahlı Qüvvələri geniş təhlükəsizlik tədbirləri görəcək. Daha sonra dəhliz həm Münbiç, həm də Fəratın şərqinə doğru genişləndiriləcək. Fikrimcə, Türkiyənin etməli olduğu birinci hərəkət budur”, – yazar qeyd etmişdi.
Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.
Türkiyədən "Süleyman Şah” HƏMLƏSİ – Düşməni şoka salacaq əməliyyatın DETALLARI
2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə terror təşkilatı İŞİD-in nəzarətinə keçir. 2015-ci il fevralın 22-də Türkiyə Silahlı Qüvvələrinin 700 nəfərlik heyəti türbədə olan 40 əsgəri ölkəyə geri gətirmək üçün Suriyaya girib. Türbədə olan Süleyman Şahın məzarı və digər mənəvi dəyəri olan əşyalar alındıqdan sonra Süleyman Şah Türbəsi və yaxınlıqdakı polis bölməsi partlayıcılarla havaya uçurulub. Süleyman Şah Türbəsi 2015-ci ildə Şanlıurfanın Birəcik mahalının qarşısında, sərhədə yaxın Suriyanın Əsmə kəndində qurulub.