Çin "Huavey"in qisasını aldı
31.05.2019
Çinin Ticarət Nazirliyi bir sıra ABŞ məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını 25 faiz artırıb.
1 iyundan etibarən ABŞ-dan gətirilən parfüm məmulatları, musiqi alətləri və bir sıra içki məhsullarına göstərilən rüsum senzi tətbiq ediləcək.
Nazirlik həmçinin ABŞ-ın bir sıra şirkət, qrup və təşkilatlarının Çin şirkətlərinin mənafeyinə zərər verdiyini əsas gətirərək qara siyahıya salacaq.
Ehtimal edilir ki, Pekinin bu qərarı ABŞ-ın "Huavey”i qara siyahıya salması ilə əlaqəlidir.