Merkel dünyanı Pompeo ilə “bölüşdürür” - Müzakirə
31.05.2019
Almaniya kansleri Angela Merkel ABŞ Dövlət katibi Mayk Pompeo ilə Berlində Rusiya, Ukrayna, İran, Əfqanıstan və Suriyanı müzakirə edəcək.
Bunu Merkel jurnalistlərə açıqlamasında deyib.
"Biz çox problemləri müzakirə etməliyik, çünki dünya narahat vəziyyətdədir. Hər şeydən öncə İran məsələsi və İranın atom bombası əldə etməsinin, eləcə də digər aqressiv fəaliyyətlərinin qarşısını almaq üçün nə edəcəyimizi müzakirə edəcəyik”, – deyə o bildirib.
Merkel Pompeo ilə görüşünün 45 dəqiqə davam edəcəyini söyləyib.