Şagird itkin düşdü - FOTO
31.05.2019
Cəlilabad rayonu, Günəşli kənd sakini, 2005-ci il təvəllüdlü səkkizinci sinif şagirdi Miriyev Mirəli Elman oğlu itkin düşüb.
Bu barədə onun atası Elman Miriyev məlumat verib.
M.Miriyev mayın 30-da, saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.
Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.
Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.