"Nüvə silahı ləğv edilməlidir" - Papa
09.01.2018
Roma papası Fransisk bütün ölkələri dialoqa və nüvə silahından imtina etməyə çağırıb.
Papanın bəyanatı Koreya yarımadasındakı gərginliklə bağlıdır.
Papa deyib ki, nüvə silahından imtina prosesinin hüquqi əsasları işlənib hazırlanmalıdır.
Vatikan lideri həmçinin Yaxın Şərqdə sülhə və sabitliyə səsləyib. O, deyib ki, Qüdsün status-kvosuan hörmətlə yanaşılmalıdır.
Papa BMT-nin 122 ölkəsinin nüvə silahına qarşı müqaviləsini də xatırladıb. /AzNews.az/