Futbolda gözlənilməz hesab: 12:0 - VİDEO
31.05.2019
Polşada keçirilən 20 yaşadək futbolçuların (U-20) dünya çempionatında mundiala yaraşmayan hesab qeydə alınıb.
Norveç millisi qrup mərhələsində Hondurasla qarşılaşıb və 12:0 hesabı ilə qələbə qazanıb.
İlk hissədə beş, fasilədən sonra isə yeddi qol mərkəzi amerikalıların qapısına vurulub. Bu matçda Honduras millisinin iki futbolçusunun ikinci hissədə meydandan qovulduğunu da bildirək. 12:0 hesabı Norveçin tarixində ən böyükhesablı qələbəsi, Hondurasın isə ən böyükhesablı məğlubiyyəti olub.
Bu matçda Avstriyanın "Zalsburq” klubunun 18 yaşlı hücumçusu Erlinq Braut Holand doqquz qol vurub. Holandın bu göstəricisi bu turnirin tarixinə düşüb. Belə ki, indiyədək heç bir futbolçu bir matça bu qədər sayda qol vurmağı bacarmayıb.
Qeyd edək ki, Norveç millisi bu qələbəyə baxmayaraq, mundialda mübarizəni dayandırıb. Lakin Erlinq Holand vurduğu doqquz qolla bombardirlər cədvəlində liderliyə yüksəlib. Çempionatın sonunadək onun mundialın ən çox qol vuran futbolçusu olmaq şansı var.