ABŞ bazasına qəfil hücum: “Fərat qəzəbi” ƏMƏLİYYATI
02.04.2018
Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum ediblər.
"Dövran Media" xəbər verir ki, hücum zamanı minaatanlardan istifadə edilib.
Milis dəstələri yaydıqları açıqlamada ABŞ, Türkiyə və onların müttəfiqlərinin Suriyanın şimalındakı mövcudluğunu qəbul etməyəcəklərini açıqlayıblar. Onlar ABŞ, Türkiyə və müttəfiqlərinə qarşı "Fərat qəzəbi” əməliyyatını başlatdıqlarını bildiriblər.