Milli Məclis vacib sənədi təsdiqlədi
30.05.2019
Azərbaycanda daha bir beynəlxalq sənəd ratifikasiya olunub.
Milli Məclisin bu gün keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında" sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı ölkəmizin bu sənədə qoşulmasının vacibliyi qeyd olunub.
Daha sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.