SOCAR məşhur şirkəti almağa hazırlaşır
30.05.2019
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı "Antipinsk” neft emalı zavodunun alınması ilə bağlı danışıqlar aparılır.
Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.O bildirib ki, SOCAR-ın "Antipinsk” zavoduna marağı var."Danışıqlar aparılır, ancaq hələlik konkret nəticə əldə olunmayıb. Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, - R.Abdullayev əlavə edib.