Prezident: "Parlamenti buraxacağıq"
30.05.2019
Ümid edirəm ki, 10 gün ərzində ölkədə Rusiya ilə konstruktiv əməkdaşlığa hazır olan hökumət formalaşdırılacaq.
Bunu Moldova Prezidenti İqor Dodon deyib. "Əgər biz belə hökumət formalaşdıra bilməsək, parlamenti buraxacağıq və növbədənkənar seçkiyə gedəcəyik. Əminəm ki, ilin sonuna qədər Rusiya ilə strateji tərəfdaşlıq məsələsində razılaşan hökumətə sahib olacağıq”, – deyə o bildirib.