Final günü təcili yardıma 43 çağırış daxil olub
30.05.2019
UEFA Avropa Liqasının finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır.
Müraciətlər nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi əcnəbi, biri azərbaycanlıdır.