Fransadan Türkiyəyə qarşı addım: Menbiçə əsgər göndərdi
02.04.2018
Fransa 50 zabitini Suriyanın Menbiç şəhərinə göndərib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, fransız hərbçilər Menbiçə ötən cümə günü 4 təyyarə ilə yollanıblar. Zabitlərin Menbiçdəki müxtəlif hərbi bazalara yollandığı da bildirilir.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron ölkəsinin kürdlərə dəstək sözü verdiyini və DSQ ilə Türkiyə arasında vasitəçilik edəcəyini bildirmişdi. Onun bu açıqlamasına Türkiyədən sərt etiraz gəlmişdi.