23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Generalı bakılı casusu ziyarət etdi

30.05.2019

Rusiya Müdafiə naziri Sergey Şoyqu məşhur sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin Yaponiyada yerləşən qəbrini ziyarət edib.
Bu məlumatı "RİA Novosti” agentliyi yayıb.
Qeyd edək ki, Şoyqu dünən Tokioya gedib. Səfərdə əsas məqsəd Yaponiya-Rusiya müdafiə və xarici işlər nazirlərinin görüşündə iştirak etməkdir.
Rixard Zorge 1895-ci ildə Bakıda anadan olub. O, 1933-1941-ci illərdə SSRİ-nin Yaponiyadakı casusu olub. "Ramzay” və "İnson” ləqəbləri ilə casusluq edən Zorge Moskvaya Almaniyanın SSRİ-yə hücum edəcəyi tarix barədə dəqiq məlumat verib. 1941-ci ildə yapon kəşfiyyatı tərəfindən həbs edilən Zorge 1944-cü il 7 noyabrda edam edilib.
SSRİ 1964-cü ilə qədər Zorgenin onun casusu olmasını inkar edib.