Səhiyyə Nazirliyi iş rejimini DƏYİŞİR
29.05.2019
Paytaxtda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Nazirlikdən verilən məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək.
Bundan başqa, 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb. Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.