21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Danışıqlar Kazan prinsipləri əsasında aparılır

29.05.2019

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə danışıqlar Kazan prinsipləri əsasında aparılır.
"Dövran Media" trend-ə istinadən bildirir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov "Azərbaycan Avropa məkanında” adlı konfransda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə dəfələrlə qətnamə qəbul edib.
S.Markov əlavə edib ki, indiyədək heç bir ölkə Dağlıq Qarabağı ayrıca müstəqil dövlət kimi tanınmayıb: "Dağlıq Qarabağ münaqişə dondurulub, çünki burada nə silahlı qüvvələr hərəkət edir, nə də sülhməramlı qüvvələr yerləşdirilib. Amma bunu dondurulmuş da hesab etmək olmur, çünki burada hadisələr baş verir. 2016-cı ilin aprelində həqiqətən müharibə baş verdi, təmas xəttində uzun müddət olmasa da, 4 gün ərzində yüzlərlə əsgər və mülki əhali həyatını itirdi. Lakin sonradan Moska Azərbaycan və Ermənistan rəhbərliyinə bir necə dəfə zəng etdi ki, müharibə dayandırılsın”.
İnstitut direktorunun söz, Ermənistan yalnız Dağlıq Qarabağı deyil, onun ətrafındakı 7 rayonu da nəzarətə götürüb: "Bu rayonlarda etnik təmizləmə həyata keçirilib, əhali oradan köçürülüb. Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb, danışıqların aparılması üçün müəyyən addımlar atılıb, Rusiyanın təşəbbüsü ilə Kazan prinsipləri qəbul edilib. Özündə kompromis prinsipləri nəzərdə tutan Kazan prinsipinə görə, Ermənistan Azərbaycana işğal olunmuş 7 ətraf rayonu geri qaytarır. Azərbaycan Ermənistan və Dağlıq Qarabağ ətrafından iqtisadi blokadanı aradan qaldırır, daha sonra Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verir, orada hərbçilər çıxarılır. Hazırda Kazan prinsipləri ətrafında danışıqlar aparılır”.