Ərdoğan Respublika Günümüzü belə təbrik etdi
29.05.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
O, 28 May - Azərbaycan Xalq Cümhuriyyətin (AXC) yaranması münasibətilə təbrikini "Twitter” sosial şəbəkəsində paylaşıb.
O, təbrikini həm Türkiyə türkcəsində, həm də Azərbaycan dilində yazıb.
"Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - deyə Ərdoğan qeyd edib.