Redaksiyaya bıçaqlı hücum - 4 yaralı var
27.05.2019
Rusiyanın Stavropol şəhərində naməlum şəxs bıçaqla yerli qəzet redaksiyalarından birinə hücum edib.
Hücum nəticəsində redaksiyanın 4 əməkdaşı yaralanıb.
Onların həyatlarına hər hansı bir təhlükə olmadığı deyilir.
Polis hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.