Nazir müavini öldürüldü - Əfqanıstanda
27.05.2019
Əfqanıstanın Baş nazirinin müşaviri Nur Məhəmməd Arab naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Bu barədə "Ariana Nyus” telekanalı informasiya yayıb.
Məlumata görə, hadisə Qunduz şəhərində baş verib. İnsident nəticəsində həmçinin Nur Məhəmməd Arabın cangüdənlərindən biri də yaralanıb.