"Dövran Media" xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 7-9 iyun 2019-cu il tarixləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresini təşkil edəcəkdir.
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. "Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək. Konqresə dəvət edilən əcnəbi həkim, professorlar arasında Türkiyə Qəlb və Sağlıq Vəqfinin Rəhbəri, məşhur Ürək Damar Cərrahı prof. Öztəkin Otonun da adı yer alır. Xəbəri dəqiqləşdirmək üçün Öztəkin həkimlə əlaqə saxladıq. Həkim xəbərin doğru olduğunu təsdiqlədi və eyni zamanda qeyd etdi ki, konqresdəki çıxışından əvvəl iyun ayının 7-də günorta saat 12:00-dan 13:00-dək Azərbaycan Dövlət Televiziyasında canlı yayımlanacaq "Sağlam ol" proqramında da bir saat ərzində qonaq olacaqdır, ürək damar xəstəlikləri ilə bağlı maarifləndirici, olduqca vacib açıqlamalar verəcək və tamaşaçıların suallarını cavablandıracaq. Nəzərinizə çatdıraq ki, tamaşacıların həkimlə canlı telefon əlaqə yaratmaq imkanı da olacaqdır.
Qeyd: Həkimə müraciət etmək istəyən vətəndaşlar aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilər vvə ya e-mailə yaza bilərlər.
www.oztekinoto.com
Tel: +994 50 344 84 77