Tramp - “Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”.
27.05.2019
Əgər İran ABŞ-la danışıqlara başlamaq istəsə, bu təklifi müsbət qəbul edəcəyəm.
Bunu ABŞ Prezidenti Donald Tramp Yaponiya Baş naziri Sindzo Abe ilə görüşdən sonra deyib. O, İranla münasibətləri nəzərdə tutaraq deyib:
"Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”.
Qeyd edək ki, bundan öncə İranla ABŞ arasında gizli danışıqların başlamasıyla bağlı Küveyt xarici işlər nazirinin açıqlamasından sonra rəsmi Tehran məlumatı təkzib edib.