İran parlamentinə spiker seçildi
26.05.2019
Əli Laricani növbəti dəfə İran parlamentinin spikeri seçilib.
Bu barədə İCANA agentliyi informasiya yayıb.
Məlumata görə, keçirilən səsvermədə 274 millət vəkilindən 155-i Laricanini dəstəkləyib. Məhəmməd Rza Arif (105 səs) və Məhəmməd Cavad Abtahi (9 səs) də səsvermədə namizəd qismində iştirak ediblər.
Qeyd edək ki, Laricani 2008-ci ildən etibarən parlamentin sədri vəzifəsini daşıyır.