Sünni deputatlardan Xameneiyə məktub: Təhqirlərə son qoyun
26.05.2019
İran Milli Məclisindəki sünni millət vəkilləri ölkənin Ali dini lideri Əli Xameneiyə məktub yazaraq dövlət televiziyasında sünnilərə qarşı edilən təhqirlərlə bağlı tədbir görülməsini tələb edib.
Sözügedən məktubda imam Həsənin doğum günü üçün təşkil edilən və dövlət televiziyasında canlı yayımlanan proqramda müsəlmanlara qarşı təhqiredici ifadələrin işlədildiyi qeyd edilib.
Məktubu 17 sünni millət vəkilinin imzaladığı bildirilib.