Peruda dəhşətli zəlzələ olub
26.05.2019
Peruda 8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.
Zəlzələ yerin 115 kilometr dərinliyində qeydə alınıb. Perunun mərkəzindən 126 kilometr məsafədə qeydə alınan yeraltı təkanlar Braziliya, Kolumbiya və Ekvadorda da hiss olunub.
İnsan itkisi və dağıntılarla bağlı məlumat verilməyib.