Türkiyə müxaliflərə silah göndərib?
26.05.2019
Türkiyə Suriya hökumət qüvvələrinin Rusiyanın dəstəyi ilə həyata keçirdiyi hücumunun qarşısını almaq üçün müxalif qüvvələri silahla təchiz edib.
Bu barədə "Röyter” informasiya yayıb.
Məlumata görə, rəsmi Ankara Rusiya hakimiyyətini gərginliyi azaltmağa razı sala bilmədiyi üçün sözügedən addımı atıb. Buna səbəb kimi isə Bəşər Əsəd qüvvələrinin hücumlarının Türkiyəyə qeyri-qanuni miqrant axınına gətirib çıxarması göstərilib.
Şahidlərin sözlərinə görə, gecə saatlarında hərbçilərdən ibarət avtomobil karvanı Həma şəhərinə gəlib.