AB Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır
25.05.2019
Avropa Birliyi Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa cəhd etməlidir.
bunu RAİ televiziyasına müsahibəsində İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.
"AB xarici siyasətdə çox səhvlərə yol verib. AB yanlış qərarlar və ABŞ-la ticarət müharibəsi qarşısında gücsüzdür. AB xarici siyasət və müdafiə sferalarında birlik nümayiş etdirməlidir. AB gərək Rusiya və Türkiyə ilə də münasibətləri yaxşılaşdırmağa cəhd etsin”, - deyə o bildirib.