Kamal Abdulla verdiyi sözü tutdu
24.05.2019
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən layiq görüldüyü Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatı zamanı aldığı 2000 manat pulu böldüyü gənclərdən biri də gənc şairə Əfsanə Rəvan olub.
Bu barədə gənc şairənin özü məlumat verib.
"Həyat yoldaşıma zəng gəldi və bildirdilər ki, pulu ADU-dan götürə bilərik. Sevincimin həddi-hüdudu yoxdur. Kamal Abdullaya təşəkkür edirəm. O, hər zaman gəncləri düşünür. Kamal Abdulla bizim üçün gözəl örnəkdir”, - Əfsanə Rəvan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən layiq görüldüyü Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatına görə ona verilən pulu 4 gənc yazıçı arasında böləcəyini bildirmişdi.