ABŞ-la İran arasında görüş başladı
24.05.2019
ABŞ-la İran arasında diplomatik müzakirələr başlanıb.
Bunu Küveyt Xarici İşlər Nazirinin müavini Xalid əl-Carullah açıqlayıb.
Müavin bildirib ki, bölgədə artan gərginliyin sona çatması üçün başlanan tərəflər (Vaşinqton və Tehran – red.) arasında dialoq və hərəkətlilik yaranıb. Bu çərçivədə son olaraq Oman Xarici işlər naziri Yusif ibn Ələvinin İranda bir sıra görüşlər keçirməsini qeyd edən Carullah bölgədə ağlın və məntiqin qalib gələcəyinə inandıqlarını bildirib. Həmçinin qeyd edib ki, İranın da, ABŞ-ın da müharibəyə meyli yoxdur.