Ziyafət Əsgərov: "...bunu deməyə məcburam"
24.05.2019
Azərbaycanın müstəqilliyinin ilk illərində avantürist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular.
Bunu birinci vitse-spiker Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.
Z.Əsgərov bildirib ki, həmin adamlar indi gəlib hakimiyyətə can atır, sosial şəbəkələrdə ağızlarına gələni yazırlar:
"Belə insanlar indi yenidən gəlib Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır. Düzdür, mən burada bu ifadəni işlətmək istəməzdim, ancaq bunu deməyə məcburam”.