“Beşiktaş”ın baş məşqçisi DƏYİŞİR
24.05.2019
Türkiyənin "Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bu ölkənin yığmasında çalışdığı üçün İstanbul klubundan ayrılacaq Şenol Günəşi Abdullah Avçı əvəz edəcək.
Hazırda "Başakşəhər”i çalışdıran mütəxəssis üçün "Alanyaspor”la bugünkü matç postunda sonuncu olacaq. A.Avçı gələn həftə "Beşiktaş”la üç illik müqavilə imzalayacaq.
Mütəxəssis klub rəhbərliyi qarşısında məşqçilər korpusunu özünün seçəcəyi ilə bağlı şərt qoyduğu bildirilir. Bu da "ağ-qaralar” tərəfindən qəbul olunub.