“Yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”
24.05.2019
"Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından belə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucularını ehtiramla yad etməliyik”.
Bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərii ilə görüşdə "Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda çıxış edən Milli Məcisin sədr müavni Bahar Muradova bildirib.
B. Muradova deyib ki, cümhuriyyət qrucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər: "Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycana parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib”.