03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Cavid Qurbanov: 4000 yük vaqonu lazımdır

22.05.2019

Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu il üç qatar alınması ilə bağlı "Stadler" şirkətinə sifariş verilib. Növbəti illərdə 12 qatarın alınması nəzərdə tutulur:
"Bakıda dəmir yolu nəqliyyatını genişləndirmək fikrimiz var. Hava limanına qədər dəmir yolu uzadılacaq. Bunun ən müsbət cəhəti odur ki, dəmir yolu nəqliyyatı təhlükəsizdir, rahatdır və qiyməti uyğundur. İndiyə qədər 3100 yük vaqonu alınıb. "Stadler"lə danışıqlar apardıq, 4 vaqondan ibarət 7 qatar aldıq. Qatarlardan bəziləri dizel qatarları olacaq. Ümumilikdə 50 sərnişin qatarı, 4000-ə yaxın vaqon almaq lazımdır".
Cavid Qurbanovun sözlərinə görə, yeni dəmir yolu stansiyaları yeni konsepsiya əsasında qurulur.
"Bu konsepsiyada rahatlıq və təhlükəsizlik əsas götürülüb. Stansiyaların ətrafında parklar qurulub, insanlar burda dincələ bilərlər. Yeni dəmir yolu stansiyaları qurularkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət verilib. Stansiyalarda ticarət mərkəzi, kafelər, iaşə obyektləri olacaq".
QSC sədri qeyd edib ki, Bakının Sabunçu qəsəbəsində nəqliyyat habının yaradılması planlaşdırılır: "Bakı Nəqliyyat Agentliyi ilə də apardığımız danışıqların mahiyyəti ondan ibarətdir ki, bu hab hesabına şəhərin mərkəzinə daha az avtobus daxil olsun. Sabunçu bir növ ikinci şəhər mərkəzi olsun".