Banklar gücləndirilmiş rejimə keçir
22.05.2019
May ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək.
9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcəkdir.
Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.
Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə "FinalBaku2019” başlıqlı bölmə yaradılıb. Həmçinin, final oyunu ərəfəsində palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya müraciətlə bağlı vətəndaşlar, eləcə də şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər.