Çinin bu şirkəti də ABŞ-ın hədəfindədir
22.05.2019
ABŞ Çinin videomüşahidə sistemləri istehsal edən "Hikvision” şirkətinə sanksiyalar tətbiq edə bilər.
Bu məlumatı "Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, yaxın zamanlarda ABŞ Ticarət Nazirliyi ABŞ şirkətlərindən "Hikvision”a məxsus avadanlıqların idxalı üçün xüsusi lisenziya almasını tələb edəcək. Bu halda isə Çin şirkəti faktiki olaraq qara siyahıya düşmüş olacaq.
Qeyd edək ki, ABŞ bundan öncə Çinin "Huavey” şirkətini qara siyahıya salıb.