Üç şeyxin eyni gündə niğahı
21.05.2019
Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti və Dubayın idarəçisi şeyx Məhəmməd ben Rəşid Al Maktumun 3 oğlu eyni gündə nikah kəsdirib.
Verilən məlumata görə, onlar seçib-sevdikləri xanımlarla mayın 15-də münasibətlərini rəsmiləşdiriblər. Dövlət idarəsinin mətbuat katibi də məsələni təsdiqləyib. Onların üçünün də anası Hind bint Maktum bin Cumadır.
Dubai Media Office-in xəbərinə görə, Dubayın 36 yaşlı varisi Hamdan ben Məhəmməd Al Maktum şahzadə Şeyx ben Rəşidə Al Maktumla ailə qurub.
Dubay hökmdarının müavini olan 35 yaşlı şeyx Maktum bin Məhəmməd şahzadə Məryəm bent Buti Al Maktumi ilə nikah bağlayıb.
İnformasiya Fondunun sədri 32 yaşlı Məhəmməd ben Rəşid Al Maktum isə şahzadə Midiya bunt Dalmuc Al Maktumla ailə qurub.
Hər üç subay şeyxin islam qaydalarına uyğun olan nnikahı eyni gündə baş tutub. Rəsmi toy şənliyi isə bir müddət sonra keçiriləcək.