Çavuşoğludan Makrona cavab: "Sən kimsən ki...?"
30.03.2018
Təəssüf ki, Fransa dürüst deyil, bunu üzlərinə də söyləyirik. Fransanın bizimlə terrorçular arasında vasitəçilik etmək təklifi qəbuledilməzdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Sən kimsən ki, vasitəçilik edəsən? Vasitəçilik etmək cürətini haradan tapırsan? Fransa obyektivliyini tamamilə itirib. Fransanın bir-biri ilə təzad təşkil edən açıqlamalarının heç birini ciddi qəbul etmirik. Bu cür təklifləri də lap əvvəldən rədd edirik”, - Çavuşoğlu bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Türkiyə ilə Suriya Demokratik Qüvvələri arasında vasitəçilik etməyə hazır olduqlarını bildirmişdi.
Türkiyə SDQ-ni terrorçu təşkilatların dəyişmiş şəkli olaraq qəbul edir.