Tramp: İran hazır olanda bizə zəng edəcək
21.05.2019
"Yalan xəbərlər, heç bir bilgiləri olmadan ABŞ-ın İran ilə müzakirəyə getməyə çalışdığına dair yanıldıcı açıqlamalar yayımlandı. Bu, yanlış bir hesabatdır. İran hazır olanda bizə zəng edəcək”.
Verilən məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.
Prezident ABŞ-ın İranla müzakirəyə getmək cəhdlərinə dair çıxan xəbərləri yalanlayıb.
Tramp həmçinin qeyd edib ki, İran iqtisadiyyatının çöküşü davam edir. "Bu, İran xalqı adına çox üzücüdür!”-, Tramp qeyd edib.