İran ABŞ-la danışıqlardan imtina etdi
21.05.2019
İran prezidenti Həsən Ruhani rəsmi Tehranın hazırda ABŞ-la danışıqlara başlamaq niyyətində olmadığını açıqlayıb.Bu barədə "RİA Novosti” məlumat yayıb.
"Danışıqların heç vaxtı deyil, indi müqavimət və dözümlülük vaxtıdır”, - Ruhani belə deyib.
Onun sözlərinə görə, ABŞ 8 dəfə rəsmi olaraq danışıqlar barədə çağırış edib. H.Ruhani, həmçinin bildirib ki, hazırkı şərtlərlə İran və ABŞ arasında danışıqlar aparılması "doğru qərar” deyil.