"Facebook” 70 milyard ziyandadır: Reklam strategiyası dəyişir
30.03.2018
"Facebook” sosial şəbəkəsində "İzləyici kateqoriyaları” adı verilən proqram ləğv edilib.
Bu proqram vasitəsilə hədəf auditoriyasının statistikasını toplayan şirkətlər reklam verən şirkətlər üçün "hədəf kütlə” təmin edirdi.
Şirkətdən bildirilib ki, bu addım sayəsində istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini daha da artırmağa səbəb olacaq.
Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Cambridge Analytica” şirkətinin ABŞ və İngiltərədə seçkilər və referendum prosesinə təsir etmək məqsədilə 50 milyon istifadəçinin şəxsi məlumatlarını icazəsiz istifadə etməsinin üzə çıxmasından sonra "Facebook” əleyhinə ciddi kampaniyalar başlayıb.
Bir çox məşhur simaların və şirkətlərin öz hesablarını "Facebook” silməsindən sonra şirkətin səhmləri 10 gündə 70 milyard dollar dəyər itirib.
Şirkət bundan sonra təhlüksəziliyin artırılması ilə bağlı müəyyən addımlar atmağa başlayıb. "Facebook” reklam şirkətlərinin istifadəçilərin şəxsi məlumatlarını görə bilməsinin qarşısını almaq məqsədilə "İzləyici kateqoriyaları” proqramını ləğv etmək məcburiyyətində qalıb.
"DM"