Suriyadakı rus bazasına hücum edildi
20.05.2019
Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına Nüsrə Cəbhəsi terrorçuları hücum edib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.
Baza istiqamətində buraxılmış 6 raketin qarşısı HHM qüvvələri tərəfindən alınıb. Hücumla bağlı bazada hər hansı bir dağıntı və şəxsi heyət arasında itki qeydə alınmayıb.
Rusiyanın HHM sistemləri həmçinin baza yaxınlığında 2 pilotsuz uçuş aparatını məhv edib.