21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan bu hakimləri kəsib atacağına söz verdi

20.05.2019

Vətəndaşların haqlarını pozan qərarlar verən bütün hakimlər qovulmalı və ya istefaya getməlidir.
Bu bəyanatla Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib. Onun sözlərinə görə, Ermənistanda formalaşan hökumətə və parlamentə xalqın etibarı tamdır.
O, son hadisələrin Ermənistanda xalqın etibar etdiyi məhkəmə hakimiyyətinin olmadığını göstərdiyini bildirib.
Paşinyan hazırkı məhkəmələrin əvvəlki korrupsiyalaşmış sistemin qalığı olduğunu deyib. Baş nazir məhkəmələrə bundan öncə öz dəyərlərinə qayıtmaq üçün bir il vaxt verildiyini, amma indi məhkəmələrə cərrahi müdaxilənin vaxtının gəlib çatdığını bildirib.