21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransada daha bir qadağa - hicabla bağlı

20.05.2019

Fransada daha bir qadağa qüvvəyə minib.
Hicablı qadınların ibtidai sinifdə təhsil alan övladlarının məktəb gəzintisinə getməsi qadağan olunub.
Qərar Fransa Senatı tərəfindən təsdiq edilib. Qanun layihəsi Senata məktəblərin daha təhlükəsiz olması iddiası ilə təqdim olunub. Qanunda bildirilib ki, şagirdlərin anaları gəzintilərə qatılarkən müvəqqəti ictimai vəzifəli şəxs hesab olunur. Buna görə də onun üzərində hər hansı dini işarə olmamalıdır.
Fransanın Təhsil naziri Yan-Miçel Blanker də qanun layihəsini dəstəklədiyini deyib.
Məsələ ilə bağlı açıqlama verən sosialist vəkillər isə mövzunun hüquqdan çox siyasi olduğunu qeyd ediblər.