"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri
20.05.2019
Bu il də ölkəmizi ardıcıl UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın potensial rəqiblərinin əksəriyyəti bəllidir.
1-ci təsnifat mərhələsində mübarizə aparacaq və səpələnmişlər səbətindən yer alacaq "Qarabağ"-ın 16 potensial rəbiqindən 13-nün adına aydınlıq gəlib.
I Təsnifat Mərhələsi
Səpələnmişlər səbəti: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç).
Səpələnməmişlər səbəti: "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.