ABŞ-dan Çinə ölümcül zərbə
20.05.2019
ABŞ Prezidenti Donald Trampın "Huavei”lə ABŞ şirkətlərinin əməkdaşlığını qadağan etməsinin ardından Quql bu markalı telefonların "Android” sistemi ilə təminatını dayandırıb.
Bu barədə "Röyter” yazıb.
Məlumata görə, kompaniyanın yeni nəsil telefonlarının heç birinin bundan sonra Quql və onun digər xidmətlərinə (Quql-pley, xəritə, elektron poçt, Yutub) girişi olmayacaq. Bundan əlavə, ABŞ şirkəti "Huavey”in bir sıra yeniləmələrə girişini də qadağan edib.
"Quql pley” və "Quql pley proyekt” isə buna qədər "Huavei” markalı telefonları almış istifadəçilər üçün işlək vəziyyətdə olacaq.