Qarabağ və Naxçıvanla bağlı məlumat - FOTO
20.05.2019
Dünən "Eurovision-2019" mahnı müsabiqəsində təmsilçimiz Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvan qeyd edilməyib.
Xəbər verildiyi kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti bu hadisə ilə bağlı məlumat yayıb:
"Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".