Türkiyənin "dəmir qapısı" adanlandırılan Qars şəhərinin Sarıqamış qəsəbəsində, Sarıqamış Hərəkatının 103-cü il dönümündə şəhitlərin anım mərasimi keçirilib.
Mərasimə, nazirlər başda olmaqla 50 min nəfər insan qatılıb. Əllərində türk bayraqları tutan vətəndaşlar qarlı havada qəsəbəyə doğru saatlarla yol gediblər. Xatırladaq ki, I-ci dünya müharibəsində Ənvər Paşanın komandanlığındakı Osmanlı ordusunun, rus işğalı altındakı torpaqları azad etmək üçün başlatdığı müharibədə havalaın kıəskin soyuması nəticəsində qarlı, şaxtalı hava şəraitinə dözə bilməyən 90 min türk əsgəri həlak olmuşdu. Bu hadisə türk tarixinin ən böyük faciələrindən biri hesab olunur. /Devran Media/