12:09:40 05 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İstanbulda tanker tarixi binaya çırpılıb

18.05.2019

Malta bayrağı altında olan "Vitaspirit” adlı tanker şənbə günü İstanbulda Bosfor boğazının sahilində yerləşən tarixi binaya çırpılıb. 
Bu barədə "Daily Sabah” qəzeti yazır. İstanbul administrasiyasının yaydığı bəyanata əsasən, gəmi Rusiya-Səudiyyə Ərəbistanı marşrutu üzrə arpa daşıyırdı. Tankerin bina ilə toqquşmasına səbəb olaraq mühərrikin sıradan çıxması gətirilir.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Qəzetin məlumatına əsasən, bina XVII əsrdə tikilib. Hazırda isə toy və konsertlərin keçirilməsi üçün istifadə olunur. Daşınmaz əmlak bazarında onun qiyməti təxminən 85 milyon dollar təşkil edir. Toqquşma nəticəsində binanın ikinci və üçüncü mərtəbələrinin divarları tamamilə dağılıb.